Türkiyə turizm gəlirləri oktyabr, noyabr və dekabr aylarından ibarət olan 4-cü rübdə bir əvvəlki ilin eyni rübünə görə 6,8% artaraq 12 milyard 272 milyon 673 min dollara çatdı. Türkiyə turizm gəlirlərinin 15,2 faizi xaricdə yaşayan və ölkəmizə səfər edən vətəndaşlardan əldə edilib.
Fins.az xəbər verir ki, bu rübdə edilən xərclərin 9 milyard 47 milyon 94 min dollarını şəxsi xərclər, 3 milyard 225 milyon 579 min dollarını isə paket tur xərcləri təşkil edib.
Türkiyə turizm gəlirləri 2023-cü ildə bir əvvəlki ilə görə 16,9% artaraq 54 milyard 315 milyon 542 min dollara çatıb. Bu ilki gəlirin 41 milyard 61 milyon 408 min dollarını şəxsi xərclər, 13 milyard 254 milyon 134 min dollarını isə paket tur xərcləri təşkil edib.
Günel Məlikzadə
Fins.az