TURİZM

30 Yanvar

2 milyard dollarlıq "İcon of the Seas" ilk səyahətinə çıxıb

Dünyanın ən böyük kruiz gəmisi "İcon of the Seas" Mayamidən ilk səyahətinə çıxıb.

Fins.az xəbər verir ki, Finlandiyanın Turku gəmiqayırma şirkəti tərəfindən 2 milyard dollar dəyərində inşa edilən, dünyanın ən böyük kruiz şirkətlərindən biri olan Royal Caribbean üçün dünyanın ən böyük kruiz gəmisi "İcon of the Seas" ilk səyahətinə ABŞ-ın Mayami limanıdır. Gəminin marşrutu Karib dənizinədir. 

Əfsanəvi Titanik gəmisinin ölçüsündən 5 dəfə böyük olan " Dənizlərin İkonu "nun uzunluğu 350 metrdir və 7500 sərnişin və 2300 ekipaj üzvü olmaqla, ümumi tutumu təxminən 10 min nəfərdir. 

Üzən şəhərin 20 müxtəlif əsas göyərtəsi, 40 restoranı, barı, istirahət otağı, 7 hovuzu və 55 metr hündürlüyündə şəlaləsi var.

Digər tərəfdən nəhəng gəmi ilə bağlı ekoloji xəbərdarlıqlar da edilir. Nəhəng gəminin istixana qazı emissiyalarını iki qat artıracağına dair araşdırmalar var. Uçuş + otel tətilini uçuş + gəmi tətili ilə müqayisə edən Beynəlxalq Təmiz Nəqliyyat Şurasının Dəniz Proqramının Direktoru Bryan Comer hesablamışdır ki, ABŞ- dan 2 min kilometrlik kruiz turuna çıxan bir adam 500 kiloqram CO2 istehsal edir. təyyarə + otel tətili 235 kiloqram CO2 istehsal edir. Başqa sözlə, kruizlər sərnişinlərin karbon izini demək olar ki, iki qat artırır.

Günel Məlikzadə
Fins.az