TURİZM

26 Yanvar

FAA Boeing 737 Max 9-a yenidən uçmağa icazə verir

ABŞ Federal Aviasiya İdarəsi (FAA) qapısı havada yıxıldıqdan sonra uçuşları dayandırılan Boeing 737 Max 9 tipli təyyarənin yenidən havaya qalxmasına icazə verib.

Fins.az xəbər verir ki, FAA Alyaska Hava Yollarına məxsus təyyarədə baş verən insidentdən sonra ABŞ- da 171 təyyarəni yoxlamaq qərarına gəlib.

BBC-də yer alan xəbərə görə, ölkədə bu təyyarələrin sahibi olan United və Alaska Airlines , yaxın günlərdə uçuşlara başlayacaqlarını açıqladı.

Türk Hava Yollarının da bu təyyarələrdən beşi var. Hadisədən sonra THY də bu təyyarələri uçuşlardan geri çəkib.

FAA, Boeing-in bu günə qədər ən çox satılan dar gövdəli təyyarəsi olan 737 Max seriyasının istehsalının artırılmasına icazə verməyəcəklərini açıqladı.

FAA Administratoru Mike Whitaker , "Boeing üçün işlər heç vaxt əvvəlki kimi olmayacaq. Keyfiyyətə nəzarət məsələlərinin tamamilə həll olunduğuna əmin olana qədər heç bir güc artımı və ya yeni istehsal xətti tələblərini təsdiq etməyəcəyik" dedi.

Günel Məlikzadə
Fins.az