TURİZM

26 Yanvar

Ən yaxşı turizm kəndləri siyahısında Türkiyədən 4 yer!

Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatının (UN/UNWTO) 2021-ci ildə başlatdığı Ən Yaxşı Turizm Kəndi təşəbbüsü çərçivəsində Türkiyədən 4 kənd siyahıya daxil edilib.

Fins.az xəbər verir ki, Türkiyənin ən yaxşı turizm kəndləri UNWTO-nun 2023-cü ildə açıqladığı meyarlara əsasən seçilib:

NEVŞEHİR MUSTAFAPAŞA KƏNDİ

Hazırda Mədəniyyət Nazirliyinin himayəsində olan kənd 1981-ci ildə turizmə açılıb. Mustafapaşada 93 əsrlik ev, təxminən 30 kilsə və ibadətgah var.

SAKARYA TƏRƏKLİ KƏNDİ

Türkiyənin tarix qoxulu kəndlərindən biri olan Taraklı Osmanlı İmperatorluğundan qalma evləri ilə seçilir. Evlər kəndə gələnlərin gözünü və ruhunu oxşayacaq quruluşa malikdir. Osmanlı İmperatorluğunun estetik və zərif arxitekturası olan Taraklı evləri Taraklıda ziyarət edilməli yerlər arasındadır. Kəndin fakturasını təşkil edən evlərdən 80-ə yaxını mühafizə altındadır.

İZMİR BİRGİ KƏNDİ

Bu kənd tarixi və mədəni dəyərləri, təbii gözəllikləri və YUNESKO-nun Dünya İrsi statusu ilə İzmirin və Türkiyənin qürur mənbələri arasındadır. Kənd tarixi binaları, ənənəvi həyat tərzini əks etdirən tikililəri və mistik ab-havası ilə yerli və xarici turistlərin diqqətini çəkir.

İZMİR ŞİRİNCE KƏNDİ

İzmir Səlcuqda və Səlcuqdan 8 km uzaqlıqda yerləşən kənd tarixi memarlığı ilə diqqət çəkən turizm kəndidir. Əsl adı olan Kırkıncanın əfsanəvi bir dövrdə dağlara vuran qırx adama verildiyi şayiələri var. Yunanca tələffüzdə Kırkice, Kırkıncə və nəhayət Çirkincə kimi formalar alan bu ad, Cümhuriyyətin ilk illərində dövrün İzmir valisi Kazım Dirikin göstərişi ilə Şirince olaraq rəsmiləşdirilib.

1950-ci illərdə əhalisi təxminən 3000 olan, sonradan 700-ə enən kəndin əhalisi 1990-cı illərdə turizmin inkişafı ilə yenidən artmağa başlayıb. Bu gün kənddəki yunan evləri yataqxana kimi istifadə olunur.

Günel Məlikzadə
Fins.az