TURİZM

16 Yanvar

Alltours Antalyada otel açır

Almaniyanın aparıcı tur operatorlarından biri olan Alltours Antalya-Sidedə otel açmağa hazırlaşır.

Fins.az xəbər verir ki, Diana Travel ilə razılaşan Alltours Türkiyədə otel idarəçiliyinə dönəcəyinə dair siqnallar da verdi. Şirkət may ayında açılacaq 350 otaqlı Allsun Numa Club Side ilə Antalyada otel idarəçiliyinə qayıdır 

Sidenin Çolaklı səmtində yerləşən Stone Palace Hotel geniş təmirdən sonra may ayında Allsun Numa Club Side adı ilə qonaqlarını qəbul etməyə başlayacaq. 

Allsun Numa Club Side otelində iki ayrı yataq otağı olan ailə otaqları ilə yanaşı, qapalı hovuzu, saunası və türk hamamı olan böyük sağlamlıq mərkəzi, 15 min kvadratmetrlik bağçası və müxtəlif kateqoriyalarda balkonlu təxminən 350 otağı var. 

Alltours-un CEO-su Willi Verhuven, "Yeni Allsun Numa Club Side ilə biz Allsun brendini Türkiyənin ən populyar və ən sürətlə böyüyən tətil məkanına gətirdik. Side əla turizm infrastrukturuna və çox yaxşı qiymət-keyfiyyət balansına malikdir. Biz bunu hədəfləyirik. Türkiyəyə hər il 500 min qonaq göndərmək” dedi. 

Mayorka Kanar adaları və Kritdə 30-dan çox oteli fəaliyyət göstərən Alltours bir neçə il əvvələ qədər Türkiyədə Novumun Allsun Novum Garden Side və Allsun Lilyum otelləri ilə təmsil olunurdu.

Günel Məlikzadə
Fins.az