Azərbaycanın milli aviadaşıyıcısı AZAL mart ayından, Novruz bayramı ərəfəsindən etibarən Avropaya yerinə yetirilən uçuşların tezliyini artırır. Biletləri indi əldə edin və Avropanın maraqlı şəhərlərinə səyahət etmək imkanını qaçırmayın.
AZAL-dan Fins.az-a bildirilib ki, aşağıdakı istiqamətlər üzrə reyslər qeyd olunan uçuş cədvəlinə uyğun olaraq həyata keçiriləcək:
- Barselona: çərşənbə axşamı, cümə axşamı, bazar günləri (14 martdan).
- Vyana: çərşənbə axşamı, cümə, şənbə günləri (16 martdan).
- Praqa: bazar ertəsi, cümə, şənbə günləri (16 martdan).
- Paris: çərşənbə axşamı, cümə, bazar günləri (17–29 mart), çərşənbə axşamı, cümə axşamı, cümə, bazar günləri (31 martdan).
- Milan: bazar ertəsi, çərşənbə, cümə axşamı, şənbə, bazar günləri (17 martdan).
- London (Hitrou hava limanı): çərşənbə axşamı, cümə axşamı, şənbə günləri (14 martdan).
- London (Qetvik hava limanı): çərşənbə, cümə, bazar günləri (17 martdan).
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə edə bilərsiniz.
Günel Məlikzadə
Fins.az