Rusiyadan birbaşa uçuşlar həyata keçirən ölkələrin sayının 40-a yüksəldiyi açıqlanıb.
Fins.az xəbər verir ki,Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) Rusiyadan birbaşa uçuşlar həyata keçirən ölkələrin sayının 2023-cü ilin dekabr ayı etibarilə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq 40-a çatdığını açıqlayıb.
Açıqlamada, “Rusiyadan birbaşa uçuşlar həyata keçirən ölkələrin sayı 2022-ci ilin dekabr ayı ilə müqayisədə 2023-cü ilin sonuna dörddə bir artıb. Rusiya və xarici aviaşirkətlər 2024-cü ildə Rusiyadan 40 ölkəyə birbaşa uçuşlar həyata keçirməyi planlaşdırır. Bir il əvvəl bu siyahıda cəmi 32 ölkə var idi.
Rusiya vətəndaşları, Azərbaycan, Əlcəzair, Ermənistan, Əfqanıstan, Bəhreyn, Belarus, Venesuela, Vyetnam, Honq-Konq, Gürcüstan, Misir, İsrail, Hindistan, İraq, İran, Şimali Koreya, Qazaxıstan, Qətər, Çin, Kuba Küveyt, Qırğızıstan, Mavrikiy, Maldiv adaları, Mərakeş, Monqolustan, Myanma, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Seyşel adaları, Serbiya, Suriya, Tacikistan, Tailand, Tunis, Türkmənistan, Türkiyə, Özbəkistan, Şri-Lanka və Efiopiya kimi ölkələrə birbaşa səyahət edir.
Birlik rəsmiləri Gürcüstana birbaşa uçuşların başlamasının mühüm bir inkişaf olduğunu bildiriblər. Artıq Rusiyanın ondan çox şəhərindən Tbilisi və Batumiyə uçuşlar mümkündür.
"Vyetnam, Honq-Konq və Haynan da turistlərin diqqətini cəlb edir və ümumilikdə Çinin tam genişlənməsi uçuş coğrafiyasını istiqamətlərin sayı baxımından əhəmiyyətli dərəcədə genişləndirib. Bundan başqa, Moskva ilə Mərakeş arasında birbaşa hava əlaqəsi 2023-cü ildə bərpa edilib”, - rəsmilər deyib.
Günel Məlikzadə
Fins.az