TURİZM

11 Yanvar

Azərbaycanda turizm sektorunda işçilərin sayı 6,5 dəfə artıb

Son 20 il ərzində Azərbaycana səfər edən əcnəbilərin sayı 3 dəfədən çox artıb.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar mövzusunda forumunda deyib.

Onun sözlərinə görə, mehmanxana və hostel tipli müəssisələrdə gecələmələrin sayı təqribən 8 dəfə artıb:

"Turizm sektorunda işçilərin sayı 6,5 dəfə, ümumi məşğulluq isə 4,1 dəfə artıb. Azərbaycanda ümumdaxili məhsulda payının son 20 il ərzində 0,7 faizdən 3,3 faizədək artıb".

Fuad Mədətov
Fins.az