TURİZM

11 Yanvar

Belek 1 milyon 722 min turist qəbul edib

5 ulduzlu otelləri ilə Antalyanın məşhur məkanı Belek 2023 mövsümündə 1 milyon 722 min turisti qəbul edib.

Fins.az Belek Turizm İnvestorları Dərnəyinin (BETUYAB) paylaşdığı məlumatlara istinadən xəbər verir ki, 2023-cü il mövsümündə Belekdəki otellərdə 1 milyon 324 mini xarici, 447 min 553-ü yerli olmaqla cəmi 1 milyon 722 min 323 turist qalıb.

Belekdə ən çox 354 min 698 Rusiya vətəndaşları qalıb. 257 min 963 turistlə Almaniya vətəndaşları, 162 min 426 turistlə Böyük Britaniya, 46 min 932 turistlə Qazaxıstan və 45 min 413 turistlə Polşa vətəndaşları izlədi.

Günel Məlikzadə
Fins.az