2023-cü ildə Rusiyada satılan ən bahalı tur 272 min dollara Antalyaya olub.
Fins.az xəbər verir ki, Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) 2023-cü ildə Rusiya vətəndaşlarının aldığı ən bahalı tur paketlərini açıqlayıb . Siyahının başında 6 nəfərlik ailə üçün 67 günlük Antalya tətili gəlir.
Belekdəki Maxx Royal Belek Golf Resort- da istirahət edən ailənin bu tur paketini 24 milyon 500 min rubla (273 min dollar) aldığı bildirilir.
İkinci yerdə beş nəfər üçün 22,4 milyon rublla 15 günlük Maldiv tətili gəlir.
Dörd nəfərin səkkiz günlük tətil üçün 22,3 milyon rubl ödədiyi turpaket üçüncü yerdədir.
Rusiya daxilində 6,5 milyon rubla Sibir çayı kruizi keçən ilin ən bahalı tur paketi olub.
Günel Məlikzadə
Fins.az