TURİZM

09 Yanvar

Almaniyada bu tarixdən yüksək aviabilet vergisi başlayır

Almaniyada mayın 1-dən etibarən Avropadaxili uçuşlar üçün bilet vergisi 12,73 avrodan 15,53 avroya, 6 min kilometrdən çox uzun məsafələrə uçuşlar üçün bilet vergisi isə 58,06 avrodan 70,83 avroya yüksələcək. 

Fins.az xəbər verir ki, Almaniyanın DPA xəbər agentliyinin dərc etdiyi xəbərdə sözügedən vergi artımının hava yolu şirkətlərinə 400 milyon avro əlavə xərcə səbəb olacağı ifadə edilib. 

Almaniyada hava limanlarından uçan bütün təyyarələrə və bütün sərnişinlərə şamil edilən verginin ünvançısı aviaşirkətlər olacaq. Bu o deməkdir ki, aviaşirkətlər vergini sərnişindən alsa də, almasa da Federal Hökumətə ödəməlidirlər. 

Almaniya qənaət tədbirləri çərçivəsində hər il 580 milyon avro əlavə resurs yaratmağı hədəfləyir.

Günel Məlikzadə
Fins.az