Böyük Britaniyanın aparıcı tur operatorlarından biri olan Jet2 Holidays rezervasiyaların gedişi ilə bağlı açıqlama verib.
Fins.az xəbər verir ki, Jet2 Holidays dekabr ayında başlatdığı kampaniyadan sonra təklif etdiyi tətillərə rekord səviyyədə tələbat olduğunu açıqladı.
Miladdan əvvəlki ilə müqayisədə Miladdan 5 Yanvara qədər olan dövrdə rezervasiyaların 150% artdığını qeyd edən şirkət, ən çox rezervasiya aldığı istiqamətlərin İspaniya, Türkiyə, Yunanıstan, Kipr, Portuqaliya, İtaliya, Malta və Bolqarıstan olduğunu bildirdi.
Satışların hər şey daxil təkliflər üzərində cəmləndiyini vurğulayan Jet2 Holidays, insanların ənənəvi 7, 10 və 14 günlük tətillərdən uzaqlaşdıqlarını bildirdi.
Günel Məlikzadə
Fins.az