TURİZM

02 Yanvar

Airbnb icazəsi üçün müraciətlər e-Hökumət vasitəsilə həyata keçiriləcək - TÜRKİYƏ

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyə Rəsmi Qəzetin bugünkü sayında dərc edilən Turizm məqsədləri üçün yaşayış evlərinin kirayə fəaliyyətinin tənzimlənməsi haqqında Əsasnaməyə əsasən, Elektron Hökumət vasitəsilə edilməyən fiziki müraciətlər qiymətləndirilmədən ərizəçiyə qaytarılacaq.  Üst quruluş hüququ və ya uzufrukt hüququ olan yaşayış evləri üçün ərizə mülkiyyətçinin əvəzinə qanuni sahibi tərəfindən ediləcək.

Fins.az xəbər verir ki, eyni binada yerləşən və eyni şəxsin adına icazə tələb olunan yaşayış yerləri üçün tək müraciət ediləcək. Ərizəçinin əvvəllər icazə aldığı eyni binada yaşayış yeri varsa, bu barədə ərizədə məlumatın mütləq şəkildə göstərilməsi nəzərdə tutulur. İcazənin verildiyi tarixdən etibarən 30 gün ərzində yaşayış yerlərinə baxış keçiriləcək. Bu yaşayış yerləri sənəd verildikdən sonra ən azı 2 ildən bir yoxlanılacaq.

Bu çərçivədə tənzimləmə kirayə veriləcək evlərdə qarşılanması lazım olan minimum şərtləri də müəyyən etdi. İcazəli yaşayış yerinin otaqları ayrı-ayrı şəxslərə ayrı-ayrılıqda müqavilə bağlanmaqla icarəyə verilə bilməz. Reqlament 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Günel Məlikzadə
Fins.az