TURİZM

14 Dekabr

Rusiya Krasnodar hava limanını yenidən açıb

Rusiya-Ukrayna müharibəsi səbəbindən iki ilə yaxındır mülki uçuşlara qapalı olan Krasnodar hava limanının yenidən fəaliyyətə başlayacağı bildirilib.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın cənubundakı mühüm hava limanlarından biri olan Krasnodar Hava Limanı dekabrın 25-dən etibarən mülki uçuşlara yenidən açılacaq.

Hava limanı rəhbərliyinə yaxın mənbənin verdiyi açıqlamaya görə, dekabrın 25-dən etibarən mülki uçuşlara yenidən açılacaq Krasnodar Hava Limanına (Paşkovski Hava Limanı) mülki uçuşlar məhdudlaşdırılacaq. Əldə edilən məlumata görə, hava limanına uçuşlar saat 08:00-21:00 arasında həyata keçiriləcək.

Müharibədən əvvəl Paşkovski Hava Limanı 2021-ci ildə cəmi 5 milyon sərnişinə (gələn və gedən) xidmət göstərirdi. Bu sərnişinlərin təxminən 1,5 milyonu turizm məqsədi ilə səyahət edirdi.

Hava limanının fəaliyyətini bərpa etdikdən sonra ilk mərhələdə 4 milyon sərnişinə xidmət göstərəcəyi gözlənilir. Uçuş müddəti daha qısa olacağı üçün Krasnodara və oradan getmək daha asan olacaq.

Günel Məlikzadə
Fins.az