Sosial mediada paylaşdığı videolarla dünya miqyasında məşhurlaşan Nusret Gökçe zəncirinə yeni halqa əlavə edir. Gökçe İspaniyanın Aralıq dənizindəki məşhur tətil adası İbizada böyük bir layihəyə başladı.
Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, Nusret Gökçe İspaniyadakı ilk restoranının da yer alacağı layihəni avqust ayında sosial media hesabından açıqlayıb və "Həyatımın ən əhəmiyyətli layihəsi" deyib.
Nusret Gökçe restoran və rezidensiyaların yerləşəcəyi İbizadakı ərazini keçən il Doğuş Holdinq İdarə Heyətinin sədri Ferit Şahenkdən düz 25 milyon avroya (775 milyon TL) alıb.
Ferit Şahenk 2019-cu ildə Maçkadakı Park Hyatt (Maçka Palas) otelini Nusrətə satıb.
Nusret Gökçe 2022-ci ilin oktyabrında dünyaca məşhur İtalyan restoranı Cipriani-ni Türkiyəyə gətirdi. O, Ferit Şahenkdən aldığı otelin altındakı restoranı işlətməyə başlayıb.
Nusretin Türkiyədə 9, ABŞ- da 7 , Birləşmiş Ərəb Əmirliklərində 2, Yunanıstan , Səudiyyə Ərəbistanı, İngiltərə və Qətərdə hər birində bir restoranı var. İspaniyada açılacaq restoran şəbəkənin 23-cü halqası olacaq.
Günel Məlikzadə
Fins.az