TURİZM

11 Dekabr

İstanbul və Minsk arasında uçuşlar başlayır

Southwind Hava Yolları İstanbul və Minsk arasında uçuşlara başlayır.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, Southwind Hava Yolları dekabrın 15-dən Belarusun paytaxtı Minskə uçuşlara başlayır.

Şirkət İstanbul-Minsk-İstanbul marşrutu üzrə gündəlik olaraq müntəzəm uçuşlar həyata keçirəcək.

Bildirilib ki, Minsk - İstanbul reysi 3 saat 15 dəqiqə çəkəcək.

Uçuşların biletlərini aviaşirkətin saytından əldə etmək olar və planlaşdırılan reys artıq 6552,49 TL qiymətinə satışdadır.

Günel Məlikzadə
Fins.az