TURİZM

08 Dekabr

Özen: "Türkiyədə otellər franchise üçün ildə 125 milyon dollar ödəyir"

Türkiyədə otellərin franchise üçün xarici şəbəkələrə ildə təxminən 125 milyon dollar ödədiyi bildirilir.

Fins.az xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən 23 xarici otel şəbəkəsi 49 şəhərdə 400-dən çox otellə françayzinq müqaviləsi bağlayıb. Otellər öz növünə və sinfinə, yerləşdiyi yerə və aldıqları brendə görə brend daxilində zəncirə ödənişlər edir.

Françayzinqdən istifadə edən otellər növündən, sinfindən, ulduzların sayından, statusundan və brendindən asılı olaraq françayzinq sistemində otaq gəlirlərinin 4%-dən 5%-ə qədər, marketinq üçün isə otaq gəlirlərinin 2,5%-dən 3%-ə qədər rüsum ödəyir. Otaq gəlirlərinin 3%-dən 4%-ə qədər olan ödənişlər biznes üçün tutulur.

Kayhan Taner Özenin nazirlik məlumatlarına əsaslanan hesablamasına görə, otellər franchise üçün xarici şəbəkələrə ildə təxminən 125 milyon dollar ödəyir.

Günel Məlikzadə
Fins.az