TURİZM

08 Dekabr

Türkiyə turları nə qədər bahalaşacaq?

Rusiya Tur Operatorları Assosiasiyasının (ATOR) vitse-prezidenti Artur Muradyan 2024-cü il üçün gözləntilərini açıqlayıb.

Fins.az xəbər verir ki, ATOR-un vitse-prezidenti Artur Muradyan dekabrın 7-də keçirilən MITT Connect vebinarında xarici bazarlarla bağlı son vəziyyəti dəyərləndirib.

2023-cü ildə uçuşlara açıq olan xarici istiqamətlərdə daşımaların həcminin artması ilə turizm sənayesinin stabilləşdiyini ifadə edən Muradyan "Son 2 ildə xaricə mümkün olduğu qədər birbaşa uçuşların açılması turizmə müsbət təsir etdi" dedi.

Muradyanın sözlərinə görə, xarici turlara olan tələbata ciddi təsir edən əsas amil rublun məzənnəsi olub. Muradyan deyib: "Rublun məzənnəsindəki dalğalanmalar bazara geosiyasi hadisələrdən daha çox təsir edir. Məsələn, 2022-ci ildə çox məhdud hava nəqliyyatında bir dollar üçün 55-60 rubl məzənnəsi beynəlxalq marşrutlarda çılğın dinamikaya səbəb oldu. Məzənnənin hər 10 rublluq addım-addım artması xarici tələbata mənfi təsir göstərib.” Muradyan bəyan edib ki, turoperatorların xaricə gedən paket turlar üzrə işinə ciddi təsir edən digər amillərə ödənişlər və kadr çatışmazlığı daxildir".

Muradyan həmçinin Türkiyə, Misir və Tayland kimi ruslar üçün məşhur istiqamətlər haqqında da qiymətləndirmələr aparıb.

Muradyanın sözlərinə görə, bir çox xarici istiqamətlərdə, xüsusən də Türkiyədə bazarda ciddi doyma var. Bu vəziyyət turoperatorlar üçün bəzi risklər yaradır ki, onlar 2024-cü ilin yay turizm proqramlarını yaratarkən bunları nəzərə almalı olacaqlar.

Günel Məlikzadə
Fins.az