Bu il Azərbaycanda "2022-2026-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası"na müvafiq olaraq "2023-2026-cı il üçün Turizm İnkişaf Strategiyası" hazırlanıb.
Fins.az bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Bundan başqa, məlumata görə, vahid turizm platforması rolunu oynayan Turizm İnformasiya Sistemi fəaliyyətə başlayıb. İndiyə qədər sistemdə 792 turizm sənayesi nümayəndəsinin qeydiyyatı tamamlanıb.
Bu il qəbul olunan "Mehmanxanaların ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları"na uyğun olaraq il ərzində ulduzlaşma üçün müraciət edən 173 hoteldən 114-nün auditi başa çatıb, bu aydan etibarən turizm bələdçilərinin sertifikatlaşdırılması üçün imtahanlar təşkil edilib.
Fuad Mədətov
Fins.az