TURİZM

06 Aprel

Azərbaycana gələn xarici vətəndaşların sayı 2 dəfə artıb

2022-ci ildə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2 dəfə artaraq 1.7 milyard dollar təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat dövründə turizm xidmətləri üzrə idxalın (892.7 milyard dollar) ixracı (823.3 milyard dollar) üstələməsi nəticəsində 69.4 milyard dollar həcmində kəsir yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 53%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 2 dəfə artıb.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 0.9 milyard dollar olub. Bunun 80.3%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

Fuad Mədətov
Fins.az