2022-ci ildə Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2021-ci illə müqayisədə 1,5 dəfə (50 %) artaraq 2 647,1 min olub.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, gecələmələrin 55,1 %-i Bakıda, 6,5 %-i Qəbələdə, 5,8 %-i Qubada, 4,9 %-i Xaçmazda, 4,1 %-i Qusarda, 3,8 %-i Şabranda, 3,6 %-i Lənkəranda, 3,2 %-i Naftalanda, 2,3 %-i Naxçıvan MR-da, 1,1 %-i İsmayıllıda, 1 %-i Şamaxıda, 0,8 %-i Qaxda, 0,8 %-i Gəncədə, 0,7 %-i Şuşada, 0,7 %-i Masallıda və 5,6 %-i digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2021-ci illə müqayisədə 3,4 dəfə artaraq 1 394,1 min olub ki, bu da ümumi gecələmələrin 52,7 %-ni təşkil edib. Gecələmələrin 16,5 %-i Səudiyyə Ərəbistanı, 12,6 %-i Rusiya, 10,5 %-i Birləşmiş Ərəb Əmirlikləri, 8,6 %-i Türkiyə, 5,2 %-i Hindistan, 3,9 %-i Küveyt, 3,9 %-i İsrail, 3,4 %-i ABŞ, 3 %-i Böyük Britaniya, 2,5 %-i Pakistan, 1,7 %-i Qazaxıstan, 1,5 %-i Almaniya, 1,3 %-i Özbəkistan, 1,3 %-i Qətər, 1,2 %-i Gürcüstan,1,1 %-i İtaliya, 0,9 %-i İran, 0,8 %-i Oman, 0,7 %-i Çin, 0,6 %-i Ukrayna, 0,6 %-i Niderland, 18,2 %-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 79,6 %-i Bakıda, 7,2 %-i Qəbələdə, 4 %-i Qubada, 3,4 %-i Qusarda, 2,6 %-i Naftalanda, 0,7 %-i Şabranda, 0,6 %-i Naxçıvan MR-da, 1,9 %-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
İl ərzində ölkə vətəndaşlarının keçirdiyi gecələmələrin sayı 1 253 min olub ki, bu da ümumi gecələmələrin 47,3 %-ni təşkil edib.