Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə artaraq 269,1 milyon manat olub.
Fins.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bunun 60,3 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,6 %-i ictimai iaşə xidmətlərindən, 3 %-i müalicə və sağlamlıq xidmətlərindən, 9,1 %-i isə digər xidmətlərin göstərilməsindən əldə edib.
9 ay ərzində mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 16,3 % olub. Bu, 1 il əvvələ nisbətən 5,1 faiz bəndi çoxdur.
Sözügedən göstərici Şabranda 89,6 %, Naftalanda 37,5 %, Qubada 30,4 %, Lənkəranda 25,9 %, Beyləqanda 25,7 %, Bakıda 23,6 %, Qəbələdə 21,8 %, Şuşada 19,1 %, Ağcabədidə 19,1 %, Qusarda 16,9 %, Sabirabadda 16,9 %, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.