TURİZM

24 Oktyabr

Azərbaycandan turist axını 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrünə nisbətən 1,7 dəfə artaraq 1 110,8 min nəfər olub.

Fins.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ölkə vətəndaşlarının 47,3 %-i Türkiyəyə, 17,7 %-i Rusiyaya, 11,1 %-i İrana, 8,5 %-i Gürcüstana, 15,4 %-i digər ölkələrə səfər edib.

Gedənlərin 64,1 %-ni kişilər, 35,9 %-ni qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə İrana gedənlərin sayı 3,1 dəfə, Gürcüstana gedənlərin sayı 1,8 dəfə, Türkiyəyə gedənlərin sayı 1,7 dəfə, Rusiyaya gedənlərin sayı isə 21,2 % artıb.