“Hitrou” yenidən Avropanın ən işlək hava limanına çevrilib.
Qərbi London aeroportu iyul-sentyabr ayları arasında Paris, Frankfurt və Amsterdam kimi şəhərlərdəki rəqiblərindən daha çox - 5,8 milyon sərnişinə xidmət göstərib.
Cəmi bir il əvvəl “Hitrou” hava limanı Avropanın ən işlək 10-cu hava limanı olub. Bu geriləmədə koronavirus pandemiyası zamanı mövcud olan səyahət qaydaları xüsusi rol oynayıb.
Mənbə: mignews.com