TURİZM

07 İyun

Marriott otellər şəbəkəsi Rusiyada fəaliyyətini dayandırır

Marriott Rusiyadakı fəaliyyətini dayandırmaq qərarına gəlib

Marriott etiraf edib ki, şirkətin 25 ildir fəaliyyət göstərdiyi bazarda fəaliyyətinin dayandırılması prosesi çətindir.

Marriott qərarını ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi ilə izah edib.

"Marriott International" şəbəkəsindən Rusiyada 20-dən çox otel var. Moskvada Marriott brendləri altında fəaliyyət göstərən beş otel (Marriott Royal Aurora, Marriott Tverskaya, Marriott Grand Hotel, Sheraton Palace və National, a Luxury Collection Hotel) Mixail Qutseriyevin "Safmar" şirkətinə məxsusdur.  "Safmar" qrupundakı mənbə  bildirib ki, bütün otellər fəaliyyətini davam etdirəcək, lakin hansı formatda və hansı brend altında olacağı şəbəkədən sonra bəlli olacaq.