Son günlər “Azərbaycan Hava Yolları” (AZAL) və “Buta Airways” aviaşirkətlərinin rəsmi saytlarından bilet almaq mümkün deyil. Bu barədə sosial şəbəkə istifadəçiləri də paylaşımlar edərək öz narazılıqlarını bildirirlər.
Məsələ ilə bağlı AZAL-a sorğu ünvanladıq. Aviadaşıyıcıdan bildirildi ki, aviabiletlərin bronlaşdırılması və alınması ilə bağlı yaranmış problemlərlə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətlərinin rəsmi saytlarında texniki işlər aparılır:
“Hazırda saytlarda bilet almaq və aviaşirkətlərin reyslərinə qeydiyyat aparmaq funksiyaları müvəqqəti olaraq işləmir.
Tezliklə biletlərin bronlaşdırılması və alınması prosesi ştat rejimində bərpa olunacaq”.