Normallaşma prosesi davam etdikcə müvafiq olaraq turizm nümayəndəliklərinin də fəaliyyəti bərpa ediləcək.
Bu barədə Dövlət Turizm Agentliyindən bildirilib.
Qeyd edilib ki, COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanın xarici ölkələrdə açılmış turizm nümayəndəliklərinin fəaliyyəti dayandırılıb. Hazırda yalnız İsraildə və Gürcüstanda (“Azerbaijan Travel. Showroom”) olan turizm nümayəndəlikləri fəaliyyət göstərirlər.