Rumıniyanın Vergilər üzrə Milli Agentliyi (ANAF) Rusiyanın "Aeroflot" şirkətinin ölkədəki nümayəndəliyinin bank hesablarını bloklayıb.
Bu barədə məlumat dövlət administrasiyasının rəsmi aktlarını dərc edildiyi "Monitorul Oficial" jurnalında yerləşdirilmiş əmrdə əks olunub.
Qeyd olunur ki, "Aeroflot" şirkətinin idarə heyətində və dolayı yolla şirkətin nümayəndəliyinin vəsaitlərinə nəzarət edənlər arasında Aİ tərəfindən sanksiyalar tətbiq edilmiş şəxslər olduğundan müvafiq qərar qəbul edilib.