TURİZM

12 Avqust

Rusiya aviaşirkəti Perm-Bakı istiqamətində uçuşlara başlayır

Rusiyanın “Nordwind” hava yolları şirkəti 18 avqustdan etibarən Permdən Bakıya uçuşlara başlayacaq.

Aviareyslər həftədə bir dəfə olmaqla, hər çərşənbə günü həyata keçiriləcək.

Məlumatda qeyd edilib ki, ilk aviareys avqustun 18-i tarixinə nəzərdə tutulub. Aviareyslər "Boeing-737" təyyarəsi ilə həyata keçiriləcək.

Xatırladaq ki, Permdən Bakıya “Ural Hava Yolları” aviaşirkəti də uçuşlar həyata keçirir.

Qeyd edək ki, “Nordwind” şirkəti Rusiyanın ən böyük aviaşirkətlərindən biridir.