Türkiyədə koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində bəzi dövlətlərdən ölkəyə səfər edən şəxslər karantinə alınacaq.
Yoluxma riskinin minimuma endirilməsi məqsədilə son 14 gün ərzində Banqladeş, Braziliya, Hindistan, Nepal, Şri-Lanka və CAR ərazisində olmuş şəxslər Türkiyəyə gəldikdən sonra 14 gün karantin rejimində mehmanxanalarda qalmalı olacaqlar.
Qeyd edək ki, siyahıdakı 6 ölkədə pandemiya ilə bağlı vəziyyət kəskindir.
© Report