Hazırda Türkiyədə hava nəqliyyatı sahəsində 46 layihənin icrası üzrə işlər aparılır.
Bu barədə Türkiyənin Nəqliyyat xə İnfrastruktur Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd edilib ki, layihələrin ümumi dəyəri 11,848 milyard lirə təşkil edir. Bildirilib ki, ötən il hava nəqliyyatı sahəsində layihələrin icrasına 4,650 milyard lirə xərclənib:
"2021 -ci ilin yekunları üzrə Türkiyədə hava nəqliyyatı sahəsində layihələrin icrasına 2,150 milyard lirə xərclənəcək".
Qeyd edək ki, Türkiyədə ümumi dəyəri 694,721 milyard Türk lirəsi olan 469 infrastruktur layihəsinin icrası üzrə işlər aparılır.
Nəqliyyat və infrastruktur layihələrinin icrası üçün ayrılan 694,721 milyard lirənin 179 milyardı xarici kreditlərin vəsaitidir.
Bu layihələr arasında icrası əvvəlki illərdə başlanılan layihələr də var.
2021-ci ildə Türkiyədə nəqliyyat və infrastruktur layihələrinin icrasına 42,474 milyard lirə ayrılacaq ki, bunun da 5,992 milyardı xarici kreditlərin payına düşəcək.
2020-ci ildə Türkiyədə nəqliyyat və infrastruktur layihələrinin icrası üçün 282,773 milyard lirə ayrılmışdı, bunun da 56,85 milyardı xarici kreditlərin payına düşürdü.
© Trend