TURİZM

09 İyul

Çelyabinskdən Bakı və Gəncəyə uçuşlara icazə verilib

 

Rusiyanın Federal Hava Nəqliyyat Agentliyi (“Rosaviasiya”) “S7 Airlines” şirkətinə Çelyabinskdən Azərbaycana uçuşlara icazə verib.

Bu barədə müvafiq əmr “Rosaviasiya”nın rəsmi saytında dərc edilib.

Sənədə əsasən S7 aviaşirkətinə Çelyabinskdən Bakı və Gəncəyə uçuşlar həyata keçirməyə icazə verilib.

Bununla yanaşı Rusiyanın “Azur Air” və “Yamal” aviaşirkətlərinə Çelyabinskdən İspaniyaya (Barselona və Palma-de-Mayorka) və Kiprə (Larnaka) uçuşlar həyata keçirməyə icazə verilib.

Xatırladaq ki, qərar beynəlxalq marşrutlarda uçuşların bərpa edilməsi üçün əsas səbəb sayılmır. Bu, uçuşları bərpa edərkən aviaşirkətlərin istifadə edə biləcəkləri haqlarıdır.

© APA