"SkyUp" aviaşirkəti Ukraynanın Lvov şəhərindən Bakıya birbaşa uçuşlara başlayıb.
Bu barədə aviaşirkətin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, bu marşrut üzrə ilk reys iyulun 4-ü həyata keçirilib.
Bildirilir ki, Lvov şəhərindən Bakıya uçuşlar həftədə 1 dəfə olmaqla bazar günləri, Bakıdan Lvov şəhərinə uçuşlar isə bazar ertəsi günləri həyata keçiriləcək.