TURİZM

01 İyul

Pandemiya səbəbindən turizmdə 73 faiz azalma müşahidə edilib

Pandemiyanın təsirləri nəticəsində dünya turizmdə 73 faiz azalma müşahidə edilib. Bu göstəricilər Azərbaycana da aiddir. Artıq sərhədlər açılıb. İnanırıq ki, ölkəmizə gələcək əcnəbi vətəndaşların sayı çoxalacaq.

Fins.az xəbər verir ki, bu sözləri iyulun 1-də “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) sahibkarlıq proqramının təqdimat mərasimindən sonra təşkil edilən mətbuat konfransda Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

O söyləyib ki, 2023-cü ildə ümumilikdə turizm sahəsindəki rəqəmlərin təxminən 2019-cu ildəki rəqəmlərə yaxınlaşacağı gözlənilir: “Həmin il Azərbaycana 3 milyon 170 min əcnəbi gəlmişdi, 2020-ci ildə 10 faiz artım gözlənilirdi. Həmin il yanvar-fevralda əvvəlki ilin dövrü ilə müqayisədə 15 faiz artım olmuşdu, lakin daha sonra pandemiya oldu. Ötən il daxili turizm 3 milyona yaxın səfər itirmişdi, bu il bu, bərpa olur, artıq xaricdən gələnlərin sayı da artır. Məsələn, may ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artım olub”