Türkiyə koronavirusla bağlı vəziyyətlə əlaqədar altı ölkə ilə uçuşlara məhdudiyyət tətbiq edəcək.
Bu barədə yerli KİV ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, iyulun 1-dən etibarən Banqladeş, Braziliya, Cənubi Afrika Respublikası, Hindistan, Nepal və Şri-Lanka ilə hava yoluyla sərnişin daşınması yeni bir qəraradək dayandırılacaq.
Həmçinin, son 14 gün ərzində qeyd edilən ölkələrdə olub, 3-cü bir ölkədən Türkiyəyə gələn şəxslər karantinə alınacaq.