Bu il “Jara” beynəlxalq musiqi festivalına tamaşaçılar buraxılmayacaq.
Bu barədə festivalın təşkilatçısı, Xalq artisti Emin Ağalarov bildirib. Müğənni bu qərarın Moskva vilayətinin qubernatorunun koronavirusla bağlı məhdudiyyətlərlə bağlı fərmanı ilə əlaqədar olduğunu deyib:
“Təəssüf hissi ilə deyirəm ki, “Jara” festivalı 24-27 iyun tarixlərində planlaşdırılan formatda keçirilməyəcək. Moskva vilayəti qubernatorunun məhdudiyyətlərlə bağlı fərmanına əsasən, tamaşaçılar “Krokus Siti Holl”a buraxılmayacaq. Festival tele-formatda lentə alınacaq və Birinci kanalda yayımlanacaq. Bu səbəbdən 2-25-26-27 iyun tarixlərinə olan biletlər etibarsızdır”.
Emin həmin biletləri 4 aprel 2022-ci il (Krokus Siti Holl), 27-31 iyul 2022-ci ildə (Bakı) keçiriləcək mükafatlandırma mərasimlərinə, həmçinin, 2021-2022-ci ildə “Krokus Siti Holl”da keçiriləcək istənilən konsertə dəyişməyi təklif edib.