TURİZM

17 İyun

Buta Airways Alanya istiqamətində uçuşların sayını artırır

Azərbaycanın "Buta Airways" aşağıbüdcəli aviadaşıyıcısı  kurort şəhəri Alanyaya xüsusi uçuşların sayını həftədə beş dəfəyədək artırır.

Şənbə günləri həyata keçirilən reyslərdən əlavə, 4 iyul tarixindən etibarən bu istiqamət üzrə  uçuşlar  çərşənbə axşamı, çərşənbə, cümə və bazar günləri də həyata keçiriləcəkdir.

Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir - "Standart" və "Super". Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat  opsiyaları daxildir.

Həmin uçuşlara biletləri daşıyıcının rəsmi saytından ("Super" və "Standart" tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə edə bilərsiniz.

Aviabiletlərin dəyəri  55 avrodan başlayır.