Bu ilin yanvar-mart aylarında Azərbaycanda mehmanxanaların gəlirləri 2020-ci illin müvafiq dövrü ilə müqayisədə 43,1% azalaraq 34,1 mln. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gəlirin 58,4%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 30,7%-i ictimai iaşə xidmətlərindən, 2,6%-i müalicə və sağlamlıq xidmətlərindən, 8,3%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Bu ilin birinci rübündə mehmanxanaların birdəfəlik tutumundan istifadə 7,8% səviyyəsində olub (2020-ci ilin yanvar-mart aylarında 12,2%). Bu göstərici Şabranda 45,1%, Beyləqanda 21,1%, Qusarda 19,4%, Naftalanda 16,8%, Qəbələdə 14,8%, Lənkəranda 14,7%, Qubada 13,8%, Şəmkirdə 11%, Mingəçevirdə 10,6%, Bərdədə 10,3%, Şamaxıda 9,8%, Bakıda 9,6%, Ağcabədidə 9%, Cəlilabadda 8,3%, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.
© APA