TURİZM

29 Aprel

Gürcüstanda turistlər üçün QR kodlu yeni tətbiq hazırlanır

Gürcüstanda turistin statusunun müəyyən edilməsi üçün yeni tətbiq hazırlanır.

Bu barədə ölkənin səhiyyə naziri Ekaterina Tikaradze bildirib.

Onun sözlərinə görə, tətbiqdəki QR-kod vasitəsilə ziyarətçinin son 72 saat ərzində test verməsi, koronavirusa yoluxub-yoluxmaması, peyvəndin hər iki dozasını vurdurub-vurdurmaması barədə məlumat əldə etmək mümkün olacaq.

Nazir tətbiqin özəl sektor üçün də yaxşı alət olacağını qeyd edib.

© Report