Bu ilin iyun ayından başlayaq, Azərbaycanın turizm sektorunda canlanmanın müşahidə olunacağı gözlənilir.
Azərbaycan Sahibkarlar Konfederasiyasından verilən məlumata görə, bu fikir ASK-ın “Turizm və xidmət üzrə iş” Komissiyasının növbəti iclasında səsləndirilib.
Bildirilib ki, artıq bir neçə ölkənin kommunikasiya əlaqələrinin bərpa edilməsi 2021-ci ildən turizm sektorunun yenidən dirçəlməyə başlayacağına əsas verir.
İclasda həmçinin qeyd olunub ki, 2019-cu ildə Azərbaycanda turizm sektorunun 10% inkişaf edib, 2020-ci ildə isə bu sektor üzrə 4 dəfə azalma müşahidə olunub.
İclasda pandemiyanın turizm sektoruna vurduğu ziyan, komissiyanın həyata keçirdiyi tədbirlər barədə məlumatlar dinlənilib. 2021-ci ilin oktyabr-noyabr aylarında Dünya Ekoturizm Təşkilatının zirvə toplantısına hazırlıqla bağlı qarşıda duran məsələlər müzakirə edilib.