İstanbul tarixi abidələri və bədii əsərlərin olması səbəbindən məşhur turizm mərkəzlərindən biridir. Turistlər arasınd ən böyük pay Almanlara məxsusdur. Almanlar, Amerikalılar, İtalyanlar və Fransızlar almanları az miqdarla geridə qoyurlar. Hər büdcə üçün İstanbulda əlverişli otellər tapmaq mümkündür. 5 ulduzlu otellər şəbəkəsindən, hostellərə qədər 1180-dən çox otel var. Son illərdə dünyada adını demiş otel şəbəkələri İstanbula böyük maraq göstərir.
Fins.az xəbər verir ki, Baku Holiday Travel şirkəti Ramazan bayramına görə 12 may tarixindən 5 gecə 6 günlük İtanbula tur təşkil edir. Tura daxil olan otellər 3, 4 və 5 ulduzlu otelləri əhatə edir. Otellərin orta qiyməti 1355 dollardır.
Tura daxil olan otellərdə ən ucuzu 3 ulduzlu HAMIT HOTEL-dir. Otelin qiyməti 1190 dollardır.
Ən bahalı otel isə 5 ulduzlu CVK PARK BOSPHORUS HOTEL-dir. Otelin qiyməti 1745 dollardır.
Qiymətə daxildir: Aviabilet- Azal, otel - 5 gecə 6 gün, qidalanma (səhər yeməyi), sığorta, transfer.
Qeydlər: qiymət 2 nəfərlik səyahət zamanı 2 nəfər üçün qeyd edilib.