TURİZM

21 Aprel

Gürcüstanın turizmdən gəliri artmağa başlayıb

Bu ilin mart ayında Gürcüstan turizmdən 29,5 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Bu barədə Gürcüstan Milli Bankının analitik hesabatında bildirilib.

Sənədə əsasən, aylıq müqayisədə gəlirin həcmi 15,8 milyon ABŞ dolları və yaxud 2,1 dəfə artıb.

Ötən ilin eyni ayı ilə müqayisədə isə gəlirdə 60 % azalma qeydə alınıb.

Martda Gürcüstanın qəbul etdiyi ziyarətçilərin sayı illik müqayisədə 67,8 % azalaraq 63,3 min nəfər təşkil edib.