TURİZM

20 Aprel

Azərbaycanlılar hansı ölkələrə səfər edir?

2021-ci ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 128 ölkəsindən 117,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Fins.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

Ölkəmizə gələnlərin 33 faizi Rusiya, 27,9 faizi Türkiyə, 16,2 faizi İran, 10,6 faizi Gürcüstan, 2,4 faizi Ukrayna, 1,1 faizi Böyük Britaniya və digər ölkələrin vətəndaşları olub. Gələnlərin 93,4 faizini kişilər, 6,6 faizini isə qadınlar təşkil edib.

2020-ci ilin birinci rübü ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 8,4 dəfə azalıb və 111,1 min nəfər olub.

Ölkə vətəndaşlarının 45,2 faizi Türkiyəyə, 19,7 faizi Rusiyaya, 9,2 faizi Gürcüstana, 6,9 faizi İrana, 19 faizi digər ölkələrə səfər edib. Gedənlərin 75 faizini kişilər, 25 faizini qadınlar təşkil edib.

Bu dövrdə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,5 faizi hava, 25,8 faizi dəmir yolu və avtomobil, 6,7 faizi isə dəniz nəqliyyatından istifadə edib.

© Oxu