TURİZM

20 Aprel

Möhtəşəm Dubay ÇİMƏRLİK TURU

Ərəbistan yarımadasında həm turizm, həm də iş baxımından ən çox seçilən yerlərdən biri olan Dubay, safari tərzi istirahəti ilə yanaşı çimərlikləri ilə də populyardır.

Dubayda qalmağınızı tövsiyə etdiyimiz ümumilikdə 5 bölgə vardır. Bunlar, Deira, Bur Dubai, Downtown Dubai, Jumeirah və Palm Jumeirah bölgələridir. Çoxu bir-birinə yaxın olsa da, özünüzə uyğun olanı seçib otellərə baxa bilərsiniz. Bunu söyləməyimin səbəbi bəzi bölgələrin tamamilə alış-veriş, bəziləri çimərlik və bəzilərinin lüks yaşayış mərkəzli olmasıdır. Ən idealı Downtown olsa da, bütün bölgələri araşdırmağınızı təklif edirəm.

Fins.az əbər verir k, Atlas Travel şirkəti 16 maydan 5 gecə 6 günlük Dubay çimərlik  turu təşkil edir. Tura daxil olan otellərin hər biri 5 ulduzludur. Otellərin orta qiyməti 1400 dollardır.

Tura daxil olan otellərdən ən ucuzu 5 ulduzlu THE RETREAT PALM DUBAI otelidir. Otelin qiyməti 710 dollardır.

Ən bahalı otel isə 5 ulduzlu BURJ AL ARAB oteldir. Qiyməti 4090 dollardır.

Qiymətə daxildir: aviabilet FLY DUBAI birbaşa (baqaj daxil), hoteldə gecələmə (5 gecə/6 gün), qidalanma (səhər yeməyi), sığorta.

Qiymətə daxil deyil: viza rüsumu

Qeyd: Qiymət iki nəfərlik otaqda bir nəfər üçün qeyd olunub, istəkdən asılı olaraq tarixi dəyişmək olar.