İstanbul tarixi abidələri və bədii əsərlərin olması səbəbindən məşhur turizm mərkəzlərindən biridir. Turistlər arasınd ən böyük pay Almanlara məxsusdur. Almanlar, Amerikalılar, İtalyanlar və Fransızlar almanları az miqdarla geridə qoyurlar. 2011-ci ildə şəhəri 8 milyondan çox turist ziyarət etmişdir. Hər büdcə üçün İstanbulda əlverişli otellər tapmaq mümkündür. 5 ulduzlu otellər şəbəkəsindən, hostellərə qədər 1180-dən çox otel var. Son illərdə dünyada adını demiş otel şəbəkələri İstanbula böyük maraq göstərir.
Minlərlə ildir ki, müxtəlif xalqlara ev sahibliyi edən İstanbulun demək olar ki, hər bir regionunda müxtəlif tarixi dövrlərdən olan əsərlərlə qarşılaşmaq mümkündür. 2009-cu ilin statistikasına görə İstanbul, Antalyadan sonra ən məşhur turistik məkandır. 2009-cu ildə hava, quru və su yolu ilə daxil olan turistlərin sayı 7,5 milyondan çox olmuşdur. Almanlar 13,1%, Ruslar isə 6,7% pay ilə ikinci sırada yer aldılar. İstanbul ilk dəfə 1863-cü ildə turist qrupu qarşılamışdır.
2009-cu il məlumatlarına görə, şəhərdə 371 qonaqlama məkanı və 405 əyləncə mərkəzi yer alır. İstanbulda xüsusi muzeylər də daxil olmaqla bir çox muzey var. 2009-cu ildə sadəcə dövlət muzeylərini 6,179,556 nəfər ziyarət etmişdi. 2,932,429 nəfər Topqapı Sarayını, 2,444,956 nəfər isə Aya Sofya muzeyini ziyarət etmişdir. Bu ikili 2009-cu il statistikalarına əsasən İstanbulun ən çox ziyarət edilən məkanlarındandır. İstanbulun tarixi mərkəzi olan Fateh (tarixi yarımada) Bosforda Beşiktaş və Sarıyer Anadolu tərəfində Kadıköy, Üsküdar və Adalar rayonlarında, tarixi turizm sektorunda İstanbulun ən zəngin mərkəzləri arasındadır. Təbiət turizmində isə Bəykoz, Şile, Adalar və Sarıyer rayonlarında maraqlı məkanlar vardır.
Fins.az xəbər verir ki, Fly travel şirkəti 19-22 aprel tarixlərində İstanbla tur təşkil edir. Tur 3 və 5 ulduzlu otelləri əhatə edir. Otellərin orta qiyməti 522 USD-dir.
Turu əhatə edən otellər arasında ən ucuzu Milano Hotel Spa 3*-- 546usd-dir. Otelin qiyməti 546 dollardır.
Otellərdən ən bahası isə Graziella Gold Hotel 5*-- 586 dollardır.
Turun qiymətinə otel, səhər yeməyi, aviabilet, sığorta daxildir. Bu qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub.