TURİZM

16 Mart

Novruz bayramını Qalaalti Hotel & Spa qeyd edin

Novruz Bayramını ailəniz və dostlarınızla birlikdə Qalaalti Hotel Spa-da qeyd edin.

“Qalaaltı Hotel Spa ”- Bakıdan 120 kilometr məsafədə, Şabran rayonunda yerləşən, unikal memari stilitə və istirahət formatına malik olan yeni müalicəvi-bərpa kurort kompleksidir.

Kompleks müxtəlif dizayn üslublarında tərtib edilmiş 157 superior, 16 suit və 3 villa üçün nəzərdə tutulmuş, Azərbaycanda müasirlik və rahatlığı ilə digər otel və istirahət mərkəzləri arasında önə çıxır. Otaqlar LED televiziya, mərkəzi kondisioner və ventilyasiya sistemləri, İnternet, peyk TV və telefon ilə təchiz olunub. Unikal kompleks yaradıcıları bir mükəmməl və rahat istirahət üçün bütün şəraiti təmin ediblər.

"Qalaaltı" Tibbi-istirahət kompleksi nin ərazisində, unikal avadanlığı ilə təchiz edilmiş, müasir "ÇIRAQ"tibb mərkəzi fəaliyyət göstərir. Təklif edilən bütün sağlamlıq və bərpaedici proqramlar orqanizmin ümumi vəziyyətinin yaxşıladırılması və insan ömrünün uzadılmasına xidmət edir.

 Qiymətlər 2 nəfərlik şam və səhər yeməyi daxil gecəlik 225 AZN-dən başlayır. Fins.az xəbər verir ki, bunu  "RR" travel şirkəti təklif edir.

Bu qiymətə superior otaqda gecələmə, şam və səhər yeməyi, fitnes zal, masaüstü tennis, hovuz (uşaq və böyük), sauna, türk hamamı, uşaq saatı (film və multfilmlər), müalicəvi Qalaaltı suyu Naftsu daxildir.