TURİZM

24 Fevral

Martda Kiyev-Bakı aviareysi bərpa oluna bilər

"Ukraine International Airlines" (UIA) aviaşirkəti bu ilin martın 13-dən etibarən Kiyevdən Bakıya birbaşa uçuşları bərpa edə bilər.

Ukrayna mətbuatının  verdiyi məlumata görə, bu barədə şirkətin elanında deyilir.

Məlumata görə, şirkət Kiyevdən Bakıya aviareyslərin aprelin sonunadək həftədə iki dəfə (çərşənbə axşamı və şənbə günləri) həyata keçirilməsini planlaşdırır. UIA artıq sözügedən aviareysə aviabiletlərin satışını açıq elan edib.

© APA