Tərk edilmiş İtalyanın Bikkari şəhərini canlandırmaq üçün maraqlı addım atılıb.
Bildirilir ki, İtaliyanın cənubundakı mənzərəli bölgədə yerləşən kiçik Bikkari yerli sakinlər tərəfindən sürətlə tərk edilir. Əsas boşluq şəhərin tarixi bölgəsində qeydə alınıb.
Şəhər meri də vəziyyəti düzəltməyə qərar verərək, hamını az miqdarda pula mükəmməl vəziyyətdə boş evlər almağa dəvət edir. Yaxşı binaların qiyməti 7,5 - 13 min avro (15 363 - 26 630 AZN) arasında dəyişir. Evin təmirə ehtiyacı varsa, onu simvolik olaraq 1 avroya da (2,04 AZN) almaq mümkündür.
Şəhərciyin özü qastronomik ləzzətləri ilə məşhurdur - köhnə texnologiya ilə pizza hazırlanır, zeytun yağı, keçi pendiri və salyami istehsal edirlər.
Bundan əlavə, burada mütəmadi olaraq xalq rəqsləri festivalları keçirilir.