TURİZM

28 Yanvar

Dubaya giriş qaydaları sərtləşdirildi

Dubay əmirliyinin hökuməti koronavirus təhlükəsinə qarşı yanvarın 31-dən əcnəbilərin əmirliyə giriş qaydalarını yeniləyir.

Hökumətin tvitter səhifəsində yerləşdirilən açıqlamaya görə, əmirliyə gələn əcnəbilər yola düşməzdən maksimum 72 saat əvvəl keçdikləri PCR testinin mənfi nəticə verməsinə dair arayış təqdim etməlidir.

Əvvəlki qaydaya görə, test maksimum 96 saat əvvəl keçirilməlidi. Həmçinin gəldiyi ölkədəki epidemioloji vəziyyətə görə gəldikdən sonra daha bir test keçmək təklifi irəli sürülə bilər.

Son məlumata görə, Birləşmiş Ərəb Əmirliklərində koronavirusa yoluxanların sayı 293 mindən artıqdır. Bunların 819 nəfəri ölüb, 267 mindən çoxu da sağalıb. Hazırda ölkənin 16 yaşdan yuxarı bütün sakinləri peyvənd ola bilər. Rəsmi olaraq ölkə ərazisində “Pfizer”-“BioNTech”, “Sinopharm”, habelə Rusiyanın “Sputnik V” dərmanlarının istifadəsinə icazə var.