TURİZM

28 Yanvar

İsveçrə turistlər üçün karantin və PZR qaydalarını dəyişdirir

İsveçrə öz sakinləri və beynəlxalq səyahətçilər üçün karantin və PZR testləri qaydalarını dəyişdirir, indi Konfederasiyaya gələnlər COVID-19 testinin mənfi nəticələndiyini göstərən sənədi təqdim etməlidir.

Bu barədə İsveçrə Federal Şurasının hökumət saytında yerləşdirilən bəyanatında deyilir.

Bəyanatda qeyd edilir ki, yanvarın 28-dən etibarən epidemioloji təhlükə yaradan regionlardan gələn bütün turistlər səfərdən 72 saatdan gec olmayaraq verilən COVID-19 üçün mənfi PZR testi keçməlidir. Eyni zamanda, İsveçrəyə çatdıqdan sonra səfərə gələnlər əvvəlki kimi 10 günlük karantində qalmalı olacaqlar. Ancaq yeni mənfi PZR testi ilə və ya antikor testindən keçməklə yeddinci gündə karantindən buraxıla bilərlər.

Yeni tədbirlər Konfederasiyaya təhlükəli ərazilərdən, o cümlədən şəxsi avtomobil və ya qatarla gələnlərin hamısına şamil ediləcək. İstisnalar yalnız “cəbhəçilər”ə - İsveçrə ilə sərhəddə yaşayan və hər gün işə gəlib-gedən vətəndaşlar üçün ediləcək.

COVID-19 üçün mənfi PZR testi epidemioloji baxımdan daha az təhlükəli regionlardan təyyarə ilə İsveçrəyə uçmaq niyyətində olan digər qonaqlar üçün də tələb olunacaq. “Belə səyahətçilər təyyarəyə minmədən əvvəl yoxlanılacaq”, - sənəddə deyilir.